Əfqanıstanda BMT-nin 16 yerli əməkdaşı oğurlanıb

Əfqanıstanın cənubunda yaraqlılar BMT-nin minalara qarşı mübarizə idarəsinin 16 əməkdaşını oğurlayıblar.

Polisin məlumatına görə onların hamısı Əfqanıstan vətəndaşlarıdı.

Buna görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Dünənsə ölkənin cənubunda 2 koalisiya əsgəri ölüb.

Onlar minaya düşüb.