İslam Ölkələri Universitetləri Assosiasiyasının qurultayı Bakıda keçiriləcək

AzərTAc-ın məlumatında görə İslam Ölkələri Universitetləri Assosiasiyasının 5-ci qurultayı gələn ilin aprelində Bakıda keçiriləcək.

Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.