Çində 1500 nəfər həbs olunub

Çinin qərbində qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub. Bu haqda dövlətə məxsus Sinhua agentliyi xəbər verir.

İyulun 5-i əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian rayonunda baş verən toqquşmalarda 156 nəfər ölüb.

Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur. Şəhərdə mobil telefon şəbəkəsi və sosial internet şəbəkəsi olan Twitter-ə giriş bloklaşdırılıb.