Elmar Məmmədyarov deyir ki, Qarabağ danışıqları çox ləng gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovsa münaqişənin həlliylə bağlı danışıqların çox ləng getdiyini deyir.

Nazir deyib ki, Praqa prosesinin başlanmasından bu yana- son 5 ildə xeyli irəliləyiş olsa da mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

Ermənistanın silahlı qüvvələri işğal etdiyi ərazilərdən çıxmalı, torpaqlar azad olunmalı, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bundan sonra isə
Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır.