Hu Cintau 8-lərin sammitində iştirak etməyəcək

Çin prezidenti Hu Çintau böyük 8-lər ölkələrinin İtaliya sammitində iştirak etməyəcək.

Çinin əsasən uyğurlar yaşayan Sincan əyalətində vəziyyət qarışdığına görə o geri dönmək qərarına gəlib.

Son məlumata görə əyalətin paytaxtı Urimçidə yerli uyğurlarla çinlilər arasında baş vermiş toqquşmalarda 150-dən çox adam ölüb, 1000-dən artıq adamsa xəsarət alıb.

ABŞ dövlət katibi Hillari Klinton bütün tərəfləri sakitliyə, səbrli olmağa çağırıb.

Rusiyanın xarici işlər nazirliyi isə bəyanat yayaraq Sincan məsələsinin Çinin daxili işi olduğunu bildirib.