İrlandiyada Lissabon müqaviləsilə bağlı referendum keçiriləcək

Lissabon müqaviləsinin qəbuluyla bağlı İrlandiyada təkrar səsvermə oktyabrın 2-də olacaq.

Bu barədə İrlandiyanın baş naziri Brayan Kouen ( Brian Kowen ) bu gün parlamentdə çıxış edərkən bildirib.

İrlandiya ötən il keçirilmiş referendumda Avropa Birliyində islahatlar aparılmasını nəzərdə tutan müqaviləni rədd edib.

Sənədin qüvvəyə minməsi üçün Birliyə daxil olna bütün ölkələrin razılığı gərəkdir.