HRW İranı sərt metodlar tətbiq etməkdə ittiham edir

Human Rights Watch (HRW) təşkilatı İranı prezident seçkilərindən sonra tutulanlara qarşı sərt metodlar tətbiq etməkdə günahlandırıb. «Frans Press» agentliyi təşkilatın rəsmisinə istinadla bildirir ki, «İran hökuməti dinc nümayişçilərə qarşı hücumlarına ümidsizcəsinə haqq qazandırmaq istəyir».

HRW deyir ki, sərt metodların məqsədi 12 iyun seçkilərindən sonra İranda keçirilən nümayişlərin arxasında xarici dövlətlərin dayanması barədə ifadə almaqdır.

Tehran dəfələrlə bəyan edib ki, küçə nümayişlərinin təşəbbüskarı Qərb ölkələridir.