Çin hərbçiləri Sincanda patrul çəkir

Çin hərbçiləri ölkənin qərbi Sincan əyalətində patrul çəkir. Son 3 gündə bu əyalətdə çinlilər və uyğurlar arasında gedən toqquşmalarda 150-dən artıq insan həlak olub, mindən çox yaralanıb. Kommunist partiyasının yüksək rütbəli rəsmisi Li Ji xəbərdarlıq edib ki, toqquşmanı törədənlər edam olunacaq.

İyulun 8-də hərbi vertolyotlar Sincanın paytaxtı Urumçi üzərindən keçərək, vərəqələr atıb, adamları evlərində qalmağa və döyüşləri dayandırmağa çağırıb.

Sincanda komendant saatı elan olunub.