Amerika parlamentinin aşağı palatasında – Nümayəndələr Palatasında mərhum pop ulduzu Maykl Ceksona ehtiram ifadə edən qətnamənin qəbulu baş tutmayıb.
Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi deyib ki, qətnamə layihəsi ilə bağlı debatlar Maykl Cekson haqda xoş olmayan “ziddiyyətli fikirlərin” səslənməsinə səbəb ola bilər.
Qətnamə layihəsini Nümayəndələr Palatasının demokrat üzvü Şeyla Cekson Li hazırlayıb. Məqsəd pop-ulduzun həyat və yaradıcılığına ehtiram nümayiş etdirmək, onun xeyriyyəçilik fəaliyyətini, AİDS-lə mübarizəyə göstərdiyi yardımları vurğulamaqdir.
Pelosi deyib ki, ziddiyyətli fikirlər “indiki məqamda heç də yerinə düşmür, onların səslənməsi qətnamənin əsl məqsədi ilə uyuşmur”. .
Maykl Ceksonun sağlığında ona qarşı uşaqbazlıq ittihamları irəli sürülüb. Hərçənd heç biri məhkəmədə təsdiq edilməyib.
Həmin ittihamların biri ilə bağlı məhkəmə Cekson və ittihamı irəli sürən valideynlər arasında barışığın əldə edilməsi, Ceksonun həmin ailəyə 20 milyon dollar ödəməyə razı olmasından sonra dayandırılıb.
Hətta pop ulduzun ölümündən sonra da – bu yaxınlarda elə həmin Nmüayəndələr Palatasının üzvü Piter King Maykl Ceksonu pedofil adlandırmışdı.
Pelosi bildirib ki, Maykl Cekson çox böyük sənətkar olub və Nümayəndələr Palatasının üzvləri sənətkara olan simpatiyalarını istədikləri vaxt öz fərdi çıxışları ilə ifadə edə bilərlər.