Türkmənistan Nabukkoya qoşulmağa hazırdı

Türkmənistan Rusiyadan yan keçəcək Nabukko kəmərinə qaz verməyə hazırdı.

Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov deyib.

Layihənin iştirakçıları Türkiyə, Bolqarıstan, Rumınya, Macarıstan və Avstriya bazar ertəsi tranzitlə bağlı razılaşma imzalamalıdılar.

Almaniya da layihənin əsas iştirakçılarından biri olsa da tranzit ölkə deyil.