Barak Obama Afrika ölkələrini böyük öhtəlik götürməyə çağırıb

ABŞ prezidenti Barak Obama Afrika ölkələrini qitənin gələcəyilə bağlı böyük öhtəliklər götürməyə çağırıb.

Obama bu gün Qana parlamentində çıxış edərkən qeyd edib ki, Afrika ölkələrinə yardımla yanaşı ölkələrində effektiv və demokratik sistem qurmaq üçün afrikalıların özünün əlavə dəstəyi gərəkdir.