Ermənistanda matəm elan olunub

Ermənistanda iyulun 15-i İranda baş vermiş təyyarə qəzasında ölənlərə görə matəm elan edilib. Caspian aviaşirkətinə məxsus TU-154 təyyarəsi Qəzvin şəhərində yerə düşüb və göyərtəsində olan 168 nəfər həlak olub. Təyyarə Tehrandan İrana uşurmuş.

Sərnişinlər arasında iki Gürcüstan vətəndaşı, 4 Ermənistan vətəndaşı və 31-i erməni əsilli olan İran vətəndaşları olub.

Ermənistan hökuməti qəzada ölənlərin ailələrinə yardım üçün xüsusi komissiya yaradıb.