Rusiya-Azərbaycan sərhədində atışma olub

İlkin məlumata görə, əsgərə atəş açan naməlum şəxslər 6-7 nəfər olub

İyulun 16-da Azərbaycanın Balakən rayonunda atışma baş verib. Atışma nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının əsgəri Bəhruz Əsgər oğlu İsayev ayağından güllə yarası alıb.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Dağıstanla sərhəddə yerləşən dağlıq ərazidə baş verib.

İlkin məlumata görə, əsgərə atəş açan naməlum şəxslər 6-7 nəfər olub. Onlardan birinin qətlə yetirildiyi, digərinin isə yaralandığı bildirilir. Naməlum şəxslər qaçıb gizlənə biliblər. ANS