Musəvi ilk dəfə xalq qarşısına çıxacaq

İranın müxalifət lideri Mir-Hüseyn Musəvi bu gün prezident seçkilərindən sonra ilk dəfə xalq qarşısına çıxacaq. Onun iyulun 17-də Tehranda cümə namazına qatılacağı gözlənilir.

İranın Kəşfiyyat naziri xəbərdarlıq edib ki, bu günkü moizə «arzu olunmaz səhnəyə çevrilməməlidir».

Mir-Hüseyn Musəvi iyunun 12-də keçirilən seçkilərin saxtalaşdırıldığını deyir.

Bu arada iyulun 16-da İran prezidenti Mahmud Əhmədinejat ABŞ və onun müttəfiqlərini yada salaraq deyib ki, yeni hökuməti «İrana qarşı xoşagəlməz münasibəti azaldacaq».