Moskvada Prezident Hotelində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ danışıqları başa çatıb.
Danışıqlar 3 saatdan çox çəkib.
Danışıqlarda əvvəlcə Minsk qrupu həmsədrləri də iştirak edib, sonra prezidentlər təkbətək görüşüb, daha sonra həmsədrlər yenə danışıq masasına qayıdıblar.
Bu günki danışıqların yekunu olaraq heç bir rəsmi informasiya verilməyib.
***
Dağlıq Qarabağda sülh danışıqlarını böyük şübhə və narahatlıqla izləyirlər.
Yerli sakinlər Frans Pressə deyirlər ki, “beynəlxalq aləmin təzyiqi çox güclüdür, Serj bizim ziyanımıza olan heç nəyə imza atmamalıdır”.
***
Minsk qrupunun Amerikalı həmsədri Metyu Brayzə Rusiya jurnalistlərinə deyib ki, onun Azərbaycana səfir təyin ediləcəyi haqda məlumatlar yalandır.
Ancaq Brayzə onu da deyib ki, əgər onu səfir təyin etsəydilər, istərdi ki, Cənubi Qafqazın 3 ölkəsindən birinə səfir təyin olunsun.
***
Ermənistanın Respublika partiyası bu gün bildirib ki, “Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanın ziyanına işləyir. 10 il bundan qabaq Ermənistanın daha sərfəli həllə imkanları var idi” .
***
Türkiyənin Hürriyyət qəzeti Minsk qrupunun Rusiyalı həmsədri Yuri Merzlyakovun sözlərini sitat gətir: “Bu görüş çox əhəmiyyətlidir. Prezidentlər nəticə əldə etməyə meyillidirlər”.
Hürriyyət yazır ki, Merzlyakovun dedikləri görüşlün nəticəsizliyi haqda rusiyalı rəsmilərin dediklərindən fərqlidir.
***
İnterfaks agentliyi adının çəkilıməsini istəməyən bir Rusiyalı diplomata istinadla yazır ki, “Qarabağ problemini həll eləməyə çox yaxşı şans var. Prezidentlərin mövqeyi konstruktivdir.”
***
Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-dəki görüşünə jurnalistlər buraxılmayacaq. Görüş isə Moskvadakı Prezident Hotelində olacaq.
Moskva görüşü yerli vaxtla saat 16-00-da başlanacaq.
Təkbətək görüşdən sonra prezidentlərə ATƏT-in Minsk qrupunun həmsədrləri qoşulacaq.
“Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmaycaq. Bunu gözləmək gülməlidir”
İlham Əliyev iyulun 13-də Londonda Chatam Housda xarici siyasət ekspertləri qarşısındakı çıxışında bu bəyanatı verəndən sonra indiki Qarabağ danışıqlarından gözləntilər azaldı.
Görüş ərəfəsində Moskvanın məşhur Beynəlxalq Münasibətlər Universiteti MQİMO-dakı Qafqaz Araşdırmalar mərkəzinin təhlilçisi Vladimir Zaxarov deyib ki, görüşdən nəticə gözləmir. «Çünki hazırkı mühit sülh sazişi üçün əlverişli deyil». O mühit deyəndə Azərbaycanın hərbi cəhətdən güclənmə dinamikasını nəzərdə tutur. Onun fikrincə, Azərbaycan güzəştə getməyəcək.
Görüş ərəfəsi Amerikanın Erməni Milli Komitəsi Barak Obamaya açıq məktub yazaraq, «Minsk qrupunun Ermənistana və Dağlıq Qarabağa səbəbsiz və ağır təzyiqindən» şikayət edib. Komitə şikayətlənir ki, erməni tərəfi «birtərəfli güzəştlərə getməyə» məcbur edilir.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə görüş ərəfəsi deyib: “Hər görüş, əlbəttə az da olsa, ancaq nəticə verir.”
Rusiya prezidenti Dmitri Medvedev Serj Sarkisyanla İlham Əliyevin danışıqlarına iyulun 18-də qatılacaq. Medvedevin köməkçisi Prixodko deyir ki, görüşdə hər hansı bir sənəd imzalanmayacaq, görüşdən sonra mətbuat konfransı keçirilməyəcək.