Qırğızıstanda terror ittihamı ilə 18 nəfər tutulub

Qırğızıstanda terror ittihamı ilə 18 nəfər həbs olunub. Dövlət Təhlükəsizlik xidmətinin məlumatına görə tutulanların 5-i xarici terror düşərgələrində təlim keçib, qalanları Əfqanıstanda ABŞ-a qarşı döyüşüb.

Bu hadisədən əvvəl - ötən ay Qırğızıstanın cənubunda 2 dəfə təhlükəsizlik reydi keçirilib, 8 yaraqlı, 1 təhlükəsizlik xidmətinin əməkdaşı ölüb.