«Qarabağ» mərhələni keçsə rəqibi Şimali Avropadan olacaq

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 3-cü seçmə mərhələsinin püşkü atıldı. Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi «Qarabağ» klubu 2-ci mərhələni adlasa «Xonka» (Finlyandiya)-«Banqor-Siti»(Uels) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyunda «Qarabağ» Norveçin «Rusenborq» klubu ilə qolsuz heç-heçə ilə ayrıldı - 0:0. «Xonka» isə öz meydanında «Banqor-Siti»ni 2:0 hesabıyla məğlub etdi. Cavab görüşlər gələn həftə keçiriləcək.

3-cü seçmə mərhələsinin oyunları isə iyulun 30-u və avqustun 6-da olacaq.