5 abituriyent ali məktəblərə IV qrup üzrə qəbul imtahanından xaric olunub. Onlardan biri imtahan binasına mobil telefon keçirmək istəyib, iki nəfər imtahan kitabçalarını bir-birinə ötürüb, digər iki nəfər isə imtahanın gedişinə mane olub. Bu haqda «Azadlıq» radiosuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat verib. Abituriyentlərdən 1025-i imtahanda iştirak etməyib. 15235 nəfər qəbul imtahanı verib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə deyir ki, iyulun 18-i axşam saatlarından başlayaraq test suallarının düzgün cavabları qurumun saytına yerləşdiriləcək. İyulun 20-də isə abituriyentlər həmin saytdan öz ballarını öyrənə biləcəklər. Ali məktəblərə sonuncu - II qrup üzrə qəbul imtahanı iyulun 24-ü keçiriləcək. İyulun 25-dən avqustun 3-dək isə abituriyentlər ixtisas seçimi edə biləcəklər. |