Milli azlıqlar Kərkükdəki nefti bölə bilmirlər

İraq kürdlərinin ən böyük siyasi partiyası Kərkükdəki neftin əhalinin etnik tərkibinə uyğun olaraq 4 əyalətə bölünməsiylə bağlı planı rədd edib.

Təklifi türk azlığı verib.

Hazırda etnik cəhətdən qarışıq olan Kərkukün statusu üstündə mübahisə gedir.

İraq kürdləri onun ölkənin şimalındakı kürd muxtariyyətinə qatılmasını istəyir.