İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə siyasi böhrana son qoymaq üçün hazırkı hakimiyyətin qanuni olub-olmaması ilə bağlı referendum keçirməyə çağırıb.
İran müxalifəti iyunun 12-i keçirilən prezident seçkisinin nəticələri ilə razılaşmır, nəticələrin təhrif olunduğunu iddia edir. Seçkinin rəsmi nəticəsinə görə hazırki prezident Mahmud Əhmədinejat qalib gəlib.
Bu gün İranın vitse-prezidenti İsfəndiyar Rəhim Maşai də istefaya getməsi ilə bağlı məlumatların həqiqət olmadığını deyib.
Bazar günü İranın ingilisdilli dövlət kanalı Press TV məlumat yaymışdı ki, iyulun 17-i vitse-prezident vəzifəsinə təyin olunan Maşai istefaya çıxıb.
Vitse-prezident Maşai ötən il İran «İsrail xalqının dostudur» deyəndən sonra mühafizəkarlar tərəfindən ciddi tənqidə məruz qalmışdı.