Avropa Birliyi üçlüyü gənclərin həbsini prezidentlə müzakirə edib

Bu haqda Bakıda səfərdə olan Avropa Birliyinin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildt məlumat verib: «Biz məsələ ilə bağlı narahatlığımızı çatdırdıq. Bizdən başqa Avropa İttifaqı ölkələrinin səfirləri, İsveçrə və Norveçin səfirləri bu məsələ ilə bağlı İlham Əliyevə birgə məktub göndəriblər. Biz də bu məsələ ətrafında öz narahatlığımızı bildirdik».