Əfqanıstanda hökumət binasına hücumda10 adam ölüb

Talibançılar Əfqanıstanın şərqində hökumət binalarına hücum ediblər.

Şahidlər və rəsmilərin dediklərinə görə bir qrup yaraqlı, Gardez şəhərində hökumət binalarına soxulmağa cəhd göstərəkən atışma baş verib.

Nəticədə 5 yaraqlə və təhlükəsizlik xidmətinin 5 əməkdaşı ölüb.

Hücum edənlərdən ikisi qadın paltarı geyinmiş intiharçı olub.

Gardez şəhəri Paktiya əyalətindədir.

Pakistan sərhədinin yaxınlığında yerləşən Calalabad şəhərində baş vermiş başqa bir insident nəticəsində isə iki intiharçı öldürülüb.

Onlar hərbi bazanın yerləşdiyi hava limanına soxulmaq istəyirmişlər.