Bunu «Azadlıq» radiosuna gənclərin vəkilləri - İsaxan Aşurov və Elton Quliyev deyib. Vəkillərin dediyinə görə, hakim Famil Nəsibovun sədrlik edəcəyi proses saat 10:30-da başlayacaq.
Nəzər yetir:
Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.