Pakistanda 30-dan çox yaraqlı öldürülüb

Pakistanın Svat vadisində 30-dan çox yaraqlı öldürülüb.

Pakistan komandanlığı deyir ki, ötən gün aparlmış əməliyyatda hərbi hava qüvvələrindən istifadə olunub.

Hakimiyyətin məlumatına görə ümumilikdə bir neçə aydır ki, vadidə talibançılar və onların silahdaşlarına qarşı aparılan hərbi əməliyyatlarda 1800-dən çox yaraqlı və 166 əsgər ölüb.