«28 May» metrosuna giriş-çıxış məhdudlaşdırılıb

İyulun 23-də Cəfər Cabbarlı heykəlinin altındakı ticarət mərkəzinin açılışı olacaq. Açılışda prezidentin də iştirakı gözlənilir.

Bununla bağlı «28 May» metrosuna giriş-çıxış və ətraf ərazilərdə hərəkət məhdudlaşdırılıb.

Metropolitenin baş mühəndisi Etibar İsayevin «Azadlıq» radiosuna dediyinə görə məhdudiyyət təhlükəsizliklə bağlıdır.