Rusiyada daha bir fəalın meyiti tapılıb



Rusiyada daha bir insan haqları fəalının meyiti tapılıb. Andrey Kulaqinin meyiti iyulun 10-da Kareliyanın paytaxtı Petrozavodskda tapılıb.

«Sprovedlivost» (ədalət) qrupu bildirib ki, Kulaqin mayın 14-də itkin düşüb. O, həbsxanalardakı vəziyyəti araşdırırdı.

«İnterfax»ın məlumatına görə polisdəki mənbə Andrey Kulaqinin meyitinin tapılmasını təsdiqləyib.

Ötən həftə isə daha bir insan haqları fəalı Natalya Estemirova Şimali Qafqazda qətlə yetirilib.