BMT-nin baş katibi Çinə gəlib

BMT-nin baş katibi Ban Ki-Mun Çinə dörd günlük səfərə gəlib. O, səfər zamanı prezident Hu Dzintao və baş nazir Ven Dziabao ilə görüşüb qlobal istiləşmə problemini müzakirə etmək niyyətindədir.

BMT-nin Baş katibi bildirib ki, iqlim dəyişikliyi ilə bağlı yeni beynəlxalq razılaşmanın əldə olunmasına Çinin dəstəyi həlledici rol oynayacaq. Çin və ABŞ atmosferə ən çox istixana effektli qaz buraxan dövlətlərdir.