H1N1 virusu 800 adamın ölümünə səbəb olub

Dünya Səhiyyə Təşkilatının məlumatına görə “donuz qripi” kimi tanınan H1N1 virusu son bir ilə yaxın müddətdə 800 adamın ölümünə səbəb olub. Virus dünyanın 160 ölkəsində yayılıb. Təşkilat xəbərdarlıq edir ki, virus qış aylarında daha geniş yayıla və mutasiya oluna bilər.

Dünya Səhiyyə Təşkilatı bu yayılan məlumatında həmçinin qeyd edir ki, H1N1 virusuna qarşı peyvəndin hələ bir neçə aya hazırlana biləcəyi gözlənir.