Urmiyədə yaşayan jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna bu haqda danışıb. «Urmiyədə PKK-nın İran qolu sayılan PJAK (Kürdüstan Azad Həyat Partiyası) ilə polis arasında atışma olub. Yaraqlılardan gizləndikləri evdən çıxıb təslim olmaları istənilib. Amma onlar tələblə razılaşmayıblar. Axşam saat 7-də başlayan atışma üç saat davam edib. Rəsmi məlumata görə, yaraqlılardan üç nəfər ölüb, bir nəfər həbs olunub. Amma qeyri-rəsmi mənbələr ölənlərin sayının yeddi olduğunu deyirlər. Bir başqa mənbə isə üç nəfər polisin də öldüyünü bildirir. Rəsmi məlumatlarda isə deyilir ki, qrup üzvlərindən üçü Türkiyədə yaşamış kürdlərdir. Onlar İran dövlətinə qarşı mübarizə aparıblar». KCK-DƏN «EHTİYATLI DAVRANIŞ» ÇAĞIRIŞI Silahlı mübarizə apardığını PJAK da gizlətmir. Qrupun veb-saytında onun hərbi «nailiyyətləri» barədə geniş məlumat verilir. Urmiyədəki insidenti Kürdüstan Demokratik Konfederasiyası (KCK) da pisləyib. Amma KCK terrora son qoymağa deyil, ehtiyatlı davranmağa çağırıb. Təşkilatın bəyanatında bildirilir ki, «İran dövlətinin daha çox sərhəd xəttində əməliyyatlar keçirdiyi zaman Urmiyədə münaqişəyə yol açmaq doğru deyil. Biz hərəkat olaraq bunu dəstəkləmədiyimizi qeyd edirik». KCK PJAK-ın davranışının araşdırılmasını və günahkarların məsuliyyət daşımasını istəyib. PJAK NƏ İSTƏYİR? «PJAK Qərbi Azərbaycanda İran dövləti əleyhinə savaş aparır. Onlar İranda yaşayan kürdlərin özgürlüyünü tələb edirlər. Bu da bölgədəki azərbaycanlılar arasında narazılıqla qarşılanır. Çünki onlar öz xəritələrində, nəşrlərində Qərbi Azərbaycanı Kürdüstan ərazisi kimi qələmə verirlər. Halbuki bu bölgədə yaşayan kürdlərin sayı çox azdır… PJAK-ın İran Azərbaycanının batı bölgələrinə iddiaları var. Bu məqsədlə son illər Urmiyədə, BATI AZƏRBAYCAN MÜDAFİƏ KOMİTƏSİ İsmayıl Cavadi deyir ki, PJAK-ın bu istəyi azərbaycanlılar arasında etirazla qarşılanır. Hətta gizli bir qurum - Batı Azərbaycan Müdafiə Komitəsi də yaradılıb. Cavadi deyir ki, son hadisədən sonra isə narahat olan azərbaycanlılar etiraz aksiyalarına hazırlaşırlar: «Bu yaşananlar azərbaycanlıların şiddətli narazılığına səbəb olub. Urmiyə ostandarlığının binası qarşısında etiraz aksiyası keçirmək istəyirlər. Onlar dövlətdən terrorçulara təpki göstərməsini istəyirlər». KÜRD AZLIĞI DA ETİRAZA QALXIB Jurnalist deyir ki, bölgədəki kürd azlığı isə iki gün əvvəlki atışmaya etiraz olaraq bir neçə evi və avtomobili yandırıb. «Polislə qarşıdurmaya gedirlər. Son iki gündə Urmiyənin kürd azlığı yaşayan bölgələrində durum ağırdır. Rəsmi mənbələrsə bu səhər - iyulun 23-də xəbər veriblər ki, artıq 15 nəfər PJAK yaraqlısı həbs olunub…». |