Britaniyada sonuncu veteran da vəfat etdi

Böyük Britaniyada Birinci Dünya Müharibəsinin sonuncu veteranı Harri Petc 111 yaşında vəfat edib.

Qari Petç 18 yaşında Britaniya ordusunun sıravi əsgəri olub.

1917-ci ildə o Belçikada getmiş ağır döyüşlərdən birində iştirak edib və yaralanıb.

Təxminən bir həftə bundan əvvəl isə 113 yaşında digər britaniyalı veteran Henri Allinqem vəfat edib.