Qroznıdakı partlayış nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb

Çeçenistanın paytaxtı Qroznıda kamikadzenin törətdiyi partlayış nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb. Partlayışı törədən konsert başlamazdan bir neçə dəqiqə öncə zala daxil olmağa çalışıb. Polis onu saxlayanda isə detonatoru işə salaraq, özünü və 4 polis əməkdaşını öldürüb. Daha bir nəfərsə xəstəxanaya çatdırılarkən yolda keçinib.

Çeçenistanın prezidenti Ramzan Kadırov deyib ki, bu hücum göstərir ki, islamçı qiyamçıların Rusiya hakimiyyətinə qarşı zorakılıq kampaniyası aqoniya vəziyyətinə çatıb.