«Qurban yox, qəhrəmandır» - pakistanlı bu qızın hekayəti «Nyu-York Times»ın dünya nəşri olan «İnternational Herald Tribune» qəzetində bu başlıqla verilir.
16 yaşında oğurlanan və bir il daima zorlanan və döyülən bu qız, nəhayət, azad ola bilir.
Pakistanda belə qızlar nə edirlər? Bir qayda olaraq intihar edirlər. Ancaq Asya Rafiq polisə şikayət edir.
Sizcə, polisdə onun şikayətinə nə cavab verirlər? – 4 polis zabiti Asyanı zorlayır. Yenə də Asyanın qarşısında bir yol var - ailəsinin adına ləkə gətirməmək üçün özünü öldürmək.
Ancaq Asya Pakistanın kənd yerlərindəki qızların ağlına gəlmədiyi bir yolu seçir - yerli hakimiyyət orqanına şikayət edir, başına gələnləri ictimaiyyətə açır.
Asya deyir: «Məni oğurlayanları və polis zabitlərini cəzalandırmaq qərarına gəldim. Çünki istəmirəm ki, bunlar başqalarının da başına gəlsin».
Asyanın nə boyda qəhrəmanlıq elədiyinə qəzet bir misal çəkir. Bir nüfuzlu QHT sədri deyir: «Mənə zorlama qurbanı öz dərdini deyəndə, mənim ilk məsləhətim o olur ki, polisə demə. Çünki polis də səni zorlayacaq».
Asya deyir ki, polislər ondan öz şikayət ərizəsini geri götürməyi tələb edirlər. Deyirlər ki, bunu etməsə, onun iki balaca bacısını da zorlayacaqlar.
Qohumları Asyaya məsləhət görürlər ki, bu işi buraxsın, polislə polislik eləmək olmaz.
Ancaq onun anası İqbal deyir ki, Asyanın mübarizəsi onun dünyagörüşünü tamam dəyişib. Əvvəllər o Allaha dua eləyirmiş ki, «Ay Allah, kasıba qız övladı vermə». İndi isə dua eləyəndə deyir: «Ay Allah, kasıba qız verəndə, Asya kimisini ver».