Rusiyayla Çinin su davası

Rusiya Çinin apardığı Argun (Orxon) çayının genişləndirilməsi layihəsindən narahatlığını bildirir və bu layihənin Rusiya ekologiyasına ciddi zərbə vuracağını iddia edir.

Rusiyanın Ekologiya nazirliyinin yaydığı bəyanatda deyilir ki, 2006-cı ildə imzalanan dövlətlərarası sazişə görə, hər iki tərəf Amur çayına tökülən Arqun çayının genişləndirilməsi ilə bağlı işləri dayandırmaq haqda öhdəlik götürüb.

Ancaq, son peyk görüntüləri göstərir ki, Çin bu öhdəliyə əməl eləmir və çayın kanallar vasitəsilə genişlənirilməsinə başlayıb. Bu işlər çayın Rusiya hissəsinin dayazlaşmasına və suyunun azalmasına səbəb olacaq.