Ermənistanın Los Ancelsdəki keçmiş konsulu həbs olunub. Norair Qalumyan barəsində iki il idi ki, sənədləri saxtalaşdırmaqla bağlı araşdırma aparılırdı.
İmmiqrasiya və Gömrük orqanının rəsmiləri bildirib ki, 1999-2003-cü illərdə Ermənistanın Los Ancelsdə konsulu işləyən N. Qalumyan və daha 4 nəfər sənədləri saxtalaşdırmaqla, deportasiya təhlükəsi ilə üzləşən ermənilərə sənəd satıblar.
Məlumatda deyilir ki, satılan onlarla sənəd üçün immiqrantların hər birindən 35 min dollar pul alırmışlar.