İyulun 28-29-da güclü küləklə müşahidə edilən leysan yağışı
Goranboy rayonunun 14 kəndinə ziyan vurub.
Bu barədə «Azadlıq» radiosuna rayonun icra hakimiyyəti başçısının müavini Elçin İsmayılov məlumat verib. Onun dediyinə görə, güclü sel nəticəsində 600-dən yuxarı fərdi təsərrüfata ziyan dəyib. Daşqın nəticəsində 5 körpün dağılıb, rayonun əksər qaz və işıq xətləri sıradan çıxıb. Elçin İsmayılov fermerlərə məxsus 500 tona yaxın taxılın da sel altında qaldığını deyir: «Hazırda ziyan dəymiş kəndlərdə rayonun fövqəladə hallar üzrə komissiyası araşdırma işləri aparır. Dəymiş ziyanın dəqiq miqdarı müəyyənləşdirilir».
Hazırda Goranboy rayonunda leysan yağış kəsib, güclü külək isə hələ də müşahidə olunur.