Məsud Bərzani yenidən prezident seçilib

Məsud Bərzani yenidən İraqın şimalındakı kürd muxtariyyətinin prezidenti seçilib.

Rəsmi nəticələrə görə O təxminən 70 faiz səs toplayıb.

Parlament seçkilərində isə müttəfiq olan Kürdüstan Demokrat Partiyasıyla Kürdüstan Vətənpərvərlər İttifaqı səslərin 57 faizini toplayıb.

Kürdüstan Demokrat Partiyasına Məsud Bərzani, Kürdüstan Vətənpərvərlər İttifaqına isə İraq prezidenti Cəlal Talabani rəhbərlik edir.