Moldovada seçkilərdə müxalifət irəlidədir

Moldovada erkən parlament seçkilərində qərb yönlü müxalifət partiyalarının qələbə qazanmaq şansı daha yüksəkdir.

Belə ki, iyulun 29-da keçirilən səsvermədən sonra səslərin 98 faiz-i hesablanıb və müxalifət partiyaları 50,8 faiz səs toplayıb, hakim kommunistlər isə 45,1 faiz.

Aprelin 5-də Moldovada parlament seçkiləri keçiriləndə kommunistlərin qələbə qazandığı bildirilirdi, ancaq müxalifət seçkinin saxtalaşdırılıdğını demişdi.

Həmin hadisədən sonra paytaxt Kişinyovda gənc nümayişçilər prezident aparatı və parlament binasına hücum etmişdilər.