Naxçıvan Konstitusiyasına dəyişikliklər ediləcək

Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklər ediləcək. Bu məsələ Muxtar Respublika Ali Məclisinin üçüncü çağırış yeddinci sessiyasının müzakirəsinə çıxarılacaq.

Sessiyanın müzakirəsinə 2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, 2008-ci il dövlət büdcəsinin icrasının təsdiqi, muxtar respublikanın Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi, «Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında» Qanuna dəyişiklik edilməsi, Ali Məclis sədrinin fərmanlarının təsdiq edilməsi məsələləri çıxarılacaq.