Moldova müxalifəti hökuməti formalaşdıra bilər

Avropa Birliyi Moldovanı seçkidən dərhal sonra yubanmadan prezidenti seçməyə və hökuməti formalaşdırmağa çağırıb.
Bu bəyanatı Birliyin xarici siyasət rəhbəri Xavyer Solana verib.
Birliyin xarici işlər komissioneri Benita Ferrero Valdner isə bütün partiyaları açıq və konstruktiv dialoqa başlamağa çağırır.
Seçkilərdə səslərin 98 faizi sayılandan sonra 101 yerlik parlamentdə kommunistlər 48 yer, müxalifət partiyaları isə 53 yer qazanıblar.
Müxalifət birləşsə, hökuməti formalaşdıra bilər.
Ancaq prezidenti seçməyə müxalifətin 8 səsi çatmır.