Dövlət Departamentində kadr dəyişmələri

Nensi Makeldouni

Birləşmiş Ştatların Bolqarıstandakı sabiq səfiri Nensi Makeldouni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordonun 1-ci müavini təyin olunub. Xanım diplomat vəzifəsinin icrasında bu ilin payızında başlayacağı gözlənilir.

Xanım Makeldouni Bolqarıstandan əvvəl Türkiyədə, ondan əvvəl isə Azərbaycanda xidmət edib və Enn Dersin təyinatına qədər səfir səlahiyyətlərini icra edib.

Bir qədər əvvəl «The Cable» nəşri xəbər vermişdi ki, Amerikanın Bolqarıstanda səfir olan Nensi Makeldouninin Filip Qordonun müavini vəzifəsinə keçəcəyi gözlənilir. Həmin nəşr onu da yazmışdı ki, digər müavin Metyu Brayzanın namizədliyi ABŞ-ın Azərbaycandakı səfiri postu üçün nəzərdən keçirilir.

«The Cable» Vaşinqtonda yayılan nüfuzlu «Foreign Policy» jurnalının nəşridir.