2006-2010-cu illəri əhatə edən xüsusi istedadlı gənclərin yaradıcılıq potensialının artırılması üçün dövlət proqramı başa çatmaqdadır.
Təhsil Nazirliyi ümumtəhsil şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov və təhsil eksperti Şahin Seyidzadə «Azadlıq» radiosunun «14-24» proqramında bunu müzakirə ediblər.
Əhliyyət Adıgözəlov: Azərbaycanda uzun illər istedadlı uşaqlara qayğı olmuşdur. Lakin 2006-cı ildə prezident tərəfindən 2006-2010-cu illəri əhatə edən dövlət proqramı təsdiq olundu.
Həmin dövlət proqramına əsasən bir sıra nazirliklərdə, təbii ki, aparıcı rolu təhsil nazirliyində xüsusi istedadlı uşaqların üzə çıxarılması üçün fəaliyyət plan işlənib hazırlanıb. Proqramın maliyyə təminatı əsasən dövlət büdcəsindəndir. O vəsait müəyyənləşdirilib təhsil nazirliyinin hesabına köçürülüb, proqramın maliyyə vəsaiti tələb edən bəndləri həyata keçirildikcə ondan istifadə olunur. Xüsusi istedadlı uşaqlar arasında ən yaxşılarını seçib yay istirahət düşərgələrinə göndəririk. Ötən il 50 nəfəri istirahətə göndərdik. Avqustun 1-dən yenə də şagirdləri göndərəcəyik. Yay təlim-istirahət düşərgəsinə 8 min manat nəzərdə tutulub. Ümumilikdə bu proqrama büdcədən 7 milyon manat vəsait ayrılıb. Vəsaitin böyük əksəriyyəti artıq sərf olunub. Əsasən yeni tipli müəssisələrin təmirinə, yeni avadanlıqlarla təchiz olunmasına xərclənir. Digər qisim isə ədəbiyyatların çapına, materialların hazırlanmasına verilir.
Şahin Seyidzadə: Əgər xüsusi istedadlı uşaqlar üçün proqram varsa, bu o deməkdir ki, digərləri çox zəifdir. Mən iki həftə İsraildə təhsil sistemi ilə tanış oldum. Orda başqa bir sistemdir: zəif tələbə, zəif şagirdlə fərdi olaraq işlənilir. Və müəllimin borcudur ki, hansısa nəticə ortaya qoysun sonda. Bizdə isə tərsinə. Xüsusi istedadlı uşaqlara proqram ayırmaqla biz xüsusi elita yaradırıq. Deməli biz deyirik ki, sən yaxşısan, sən pissən, sən ağıllısan sən ağılsızsan və s. Deməli, burda müəllimin özünün rolu, yaradıcılığı itir. Bu, yuxarıdan gələn, avtoritar bir məqamdır. Halbuki bu, aşağıdan yuxarı olmalıdır, təbii seçim olmalıdır.
Əhliyyət Adıgözəlov: Sözsüz ki, yanaşmalar müxtəlif ola bilər. Ancaq bizim də öz fikrimiz var. Burda məqsəd kimisə kimdənsə ayırmaq deyil. Əksinə, xüsusi qabiliyyət sahibi olanların kölgədə qalmamağı, onların qabiliyyətinin itməməyidir. Məsələn, bir sıra rayonlarımızda istedadı aşkarlanan uşaqlara təqaüdlər verilir. Müxtəlif həcmdə: 20 manat, 30 manat, 50 manat. Yəni stimullaşdırıcı tədbirlər həyata keçirilir. Şamaxı, Ağdaş, Beyləqan, Oğuz və Zaqatalada müxtəlif təmayüllü liseylər istifadəyə verilib, 40 qədər məktəbdə lisey-sinifləri açılıb. Bu, demək olar ki, bütün respublikanı əhatə edir.
Şahin Seyidzadə: Biz heç bir alət tətbiq etmədən nümayiş etdirmək istəyirik ki, bizdə elit və sıravi təhsil var.
- Amma xüsusi testlər hazırlanıb bunun üçün.
Şahin Seyidzadə: Kim tərəfindən hazırlanıb? Xüsusi qabiliyyətli müəllimlər tərəfindən? O xüsusi qabiliyyətli müəllimlər Azərbaycan Pedaqoji Universiteti bitiriblər, hara ki qəbul aşağı balladır? Biz artıq 10 ilə yaxındır ki, təhsil reformaları ilə məşğuluq. Dünya Bankı buna kredit ayırıb. Təzə kurikulumlar çıxarılıb. Hələ o müəllimlər yeni tədris proqramlarına malik olacaqlarmı, özlərini dəyişdirəcəklərmi, Şamaxıda əmin olmalıyıq ki, o müəllim tapılacaq, sonra o şagirdi tapacağıq, sonra isə büdcədən pul alıb lisey açacağıq və statistika göstərəcəyik, nədir-nədir Şamaxıda bizdə lisey var. Məktəblilər hələ buraxılış imtahanını verə bilmir ki, sonra universitet haqqında fikirləşsin. Biz isə xüsusi istedaddan danışırıq.
- Proqramda qeyd olunur ki, istedadlı uşaqların məlumat bankı hazırlanacaq, internet portalı fəaliyyət göstərəcək...
Əhliyyət Adıgözəlov: İnternet portalı hazırlanır hələ. Buna ehtiyac var ki, daim yeniləşən məlumatlar olsun.
- Burda həm də göstərilir ki, normativ hüquqi baza hazırlanmalıdır...
Əhliyyət Adıgözəlov: Normativ hüquqi bazanın təkmilləşdirilməsi yeni tipli müəssisələr üçün nəzərdə tutulur. Yəni lisey və gimnaziyaların nümunəvi əsasnamələrinin hazırlanması. Biz onları hazırlamışdıq. Amma yeni təhsil qanununun qəbulunu gözləyirdik. Hazırlanmış əsasnamələr sözsüz ki, uyğunlaşdırılmalıdır yeni qanuna. Ona görə də yeni hüquqi baza təsdiq üçün bu dərs ilində hökumətə təqdim olunacaq.
- Proqramda nəzərdə tutulub ki, orta məktəbi uğurla başa vuranlara qızıl və gümüş medallar təsis edilsin. Artıq verilirmi?
Əhliyyət Adıgözəlov: Yox, hələ ki, verilmir. Bu istiqamətdə iş aparılır. Yaxın gələcəkdə bu qərar qəbul olunacaq.
- Amma bu proqram 2010-cu ildə bitir. Bundan sonra necə olacaq?
Əhliyyət Adıgözəlov: Düzdür, proqram bitir, amma o demək deyil ki, tədbirlər də dayanacaq. Bizim tədbirlərimizin fundamenti qoyuldu. Proqram başa çatsa da, tədbirlər davam etdiriləcək.
Şahin Seyidzadə: İsraildə 2025-ci ilin təhsil strategiyası var. Büdcəsi də var. Məsələ ondadır ki, bizim təhsil büdcəmiz 5 illik deyil, amma proqramımız 5 illikdir. Çox unikal bir şeydir!