Moskvada yürüş keçirmək istəyən bolşevikləri tutublar

Moskva polisi bildirib ki, şəhərdə icazəsiz yürüş keçirməyə cəhd eləyən 47 nəfəri həbs eləyiblər. Həbs olunanlar əsasən Yeni Bolşeviklər partiyasının nümayəndələridir. Etirazçılar polisi səlahiyyətlərindən sui-istifadədə ittiham eləyib, növbəti nümayişlər barədə xəbərdarlıq eləyiblər.