Moskvayla Bişkek razılaşma imzalayıb

Moskvayla Bişkek Qırğızıstan ərazisində əlavə qüvvələr yerləşdirilməsilə bağlı memorandum imzalayıblar.

Rusiya və Qırğızıstan prezidentlərinin imzaladığı sənəddə Qırğızıstanda əlavə qüvvələr yerləşdirilməsindən başqa hər iki ölkədən olan əsgərlərə təlim keçmək üçün hərbi məkəz yaradılması da nəzərdə tutulur.

Hazırda Rusiyanın Bişkek ətrafında bir hərbi hava bazası var.

Amma ölkənin cənubundakı Oş şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çevik reaksiya qüvvələri üçün yeni baza yaradılması nəzərdə tutulur.

Bu təşkilata Rusiya, Belarus,Ermənistan və 4 Orta Asiya ölkəsi daxildi.