Avqustun 1-dən Şimali Atlantika Razılaşması Təşkilatı – NATO-ya rəhbərlik Danimarkanın keçmişbaşnaziri Anders Fogh Rasmussenə keçir. O, Hollandiyalı Yaap de Hoop Schefferi əvəz edir. Yeni baş katib avqustun 3-də Bresseldə işinə başlayacaq.
“Reuters” agentliyi Rasmussen haqqında bunları yazır.
Anders Fogh Rasmussen üç dəfə Danimarkanınbaşnaziri olub.
İlk dəfə 2001-ci ilin noyabrında keçirilən seçkidə onun Liberal Partiyası (Danimarkada mühafizəkar siyasi qüvvələri təmsil edir) qalib gələndə baş nazir olub. Liberal Partiyası siyasi sığınacaq istəyənlərlə bağlı qanunları sərtləşdirəcəyi və vergiləri azaldacağı barədə vədlərlə seçkini udmuşdu. 2005-ci ildə də buna bənzər və Danimarkanın sosial təminat sistemini təkmilləşdirmək vədləri ilə yenidən seçkidə qalib gəlib.
2007-ci ildə seçkini udanda isə bunu ictimai xidmətlərin yaxşılaşdırılması üçün ona verilən çox güclü bir dəstək adlandırdı. Amma 1992-ci ildə, o vaxtlar Danimarkanın vergi naziri işləyən Rasmussen kəskin tənqidlərlə üzləşmiş, onu səriştəsiz rəhbərlikdə ittiham edənlərə cavab olaraq vəzifəsindən istefa vermişdi.
Rasmussen 2003-cü ildə ABŞ-ın rəhbərliyi ilə İraqa hərbi müdaxiləni dəstəkləyib. Çıxışlarında bildirir ki, NATO ölkələri Əfqanıstana daha çox hərbi qüvvə göndərməlidir. Danimarkanın 700 əsgəri Əfqanıstanda Talibanla döyüşür.
Türkiyə bir müddət Rasmussenin NATO baş katibi olmasına etiraz edib. Ankara 2006-cı ildə Danimarka qəzetlərində Məhəmməd Peyğəmbərin karikaturası çap olunanda onu üzr istməməyə görə tənqid edirdi. Ankara deyirdi ki, onun rəhbərliyi ilə NATO-nun müsəlman dünyasında necə sülhə çalışa biləcəyi sual altındadır.
Anders Fogh Rasmussen 56 yaşındadır, 1953-cü il yanvarın 26-da anadan olub. O, özünü olduqca dəqiq və çox diqqətli planlar quran bir adam kimi tanıdıb. Fransız dilini mükəmməl bilir. Adətən tətillərini Fransada keçirir. Evlidir, iki qızı, bir oğlu var.
2003-cü ildə İtaliyanın baş naziri Silvo Berluskoni onun haqqında deyirdi: “Rasmussen Avropada ən yaraşıqlıbaşnazirdir. Onu arvadımla tanış etməyə fürsət axtarıram.”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Danimarkanın o zamankı baş naziri Anders Fogh Rasmussen