İqtisadi böhrandan çıxmağa bir neçə ay vaxt lazımdı

ABŞ prezidenti Barak Obama deyir ki, ölkə iqtisadiyatının böhrandan çıxmasına hələ bir neçə ay vaxt lazımdı.

Obama radioyla həftəlik çıxışında qeyd edib ki, həddindən artıq çox adam iş tələb edir və böhran təsəvvür olunduğundan dərindi.

Son məlumatlara görə Amerikada iqtisadi geriləmənin sürəti azalıb, ikinci rübdə daxili məhsulun istehsalı 1 faiz azalıb ki, bu ötən ilin eyni rübüylə müqaisədə azdı.

Birinci rübdə bu göstərici 6.4 faiz olub.