Əfqanıstandakı partlayışda azı 12 nəfər ölüb, 20 nəfər yaralanıb

Əfqanıstanda polis konvoyu partladılıb. Partlayışda azı 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Onların əksəriyyəti mülki şəxsdir.

Əfqanların gələn ay keçiriləcək prezident seçkilərinə hazırlaşdığı bir vaxtda ölkədəki Taliban qiyamçıları xeyli fəallaşıblar.