Əfqanıstanda partlayış: azı 12 nəfər ölüb

Partlayışın hədəfi polis olsa da, mülki şəxslər də xəsarət alıb, Herat, 3 avqust 2009

Əfqanıstanda polis konvoyu partladılıb. Partlayışda azı 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Onların əksəriyyəti mülki şəxsdir.

Hüquq-mühafizə orqanlarından jurnalistlərə verilən açıqlamada deyilir ki, terrorçuların əsas hədəfi polis işçiləri olsa da, hadisə nəticəsində mülki şəxslər də xəsarət alıblar. Ekspertlər baş vermiş hadisəni Əfqanıstanda avqustun 20-də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirlər.

Prezident seçkilərinə hazırlığın getdiyi bir vaxtda ölkədəki Taliban qiyamçıları xeyli fəallaşıblar.