2009-cu ildə Rusiyada 10 mindən artıq insan yol qəzalarının qurbanı olub

Son günlər Rusiyada baş vermiş yol qəzaları nəticəsində 100-dən çox adam həlak olub. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev qəzaların artmasını ehtiyatsızlıqla və yol mədəniyyətinin olmaması ilə əlaqələndirib.

Nazir qəzaların səbəbləri arasında yolların vəziyyətini, sürücülərin sükan arxasında mobil telefonla danışmasını və içkili vəziyyətdə avtomobil idarə etməsini də xüsusi vurğulayıb.

2009-cu il Rusiyada 10 mindən artıq insan yol qəzalarının qurbanı olub.