Tariq Əziz növbəti dəfə cəzalandırılıb

İraqda sabiq baş nazirin müavini Tariq Əziz 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Səddam Hüseyn rejimində kürdlərin neftlə zəngin şimal-şərq ərazilərindən zorla köçürülməsində təqsirli bilinib.

Tariq Əziz mart ayında isə başqa bir ittiham üzrə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ümumilikdə, 73 yaşlı Əziz üst-üstə 22 il həbsxana həyatı yaşamalı olacaq.

Sabiq baş nazir müavininin 1999-cu ildə şiə müsəlmanlarının qətlində iştirak ittihamı üzrə bəraət alması onun üçün yeganə təsəlli ola bilər.