Rusiya Cənubi Osetiyada hərbi təlimlərə başlayır

Rusiya Silahlı qüvvələri Gürcüstanla müharibənin 1 illik yubileyi ərəfəsində Cənubi Osetiyada yeni hərbi təlimlərə başlayıb.
Cənubi Osetiya separatçılarının lideri Eduard Kakoytı bildirib ki, təlimlər önləyici məqsəd daşıyır: "Məqsəd regiona hər hansı təcavüz halında vəziyyəti nəzarətdə saxlamaq və təhlükəsizliyi təmin eləmək iqtidarında olduqlarını göstərməkdir".

Bazar günü Gürcüstan Rusiyanı Cənubi Osetiya sepratçı regionun sərhədlərini genişləndirməkdə və Gürcüstan ərazisində yeni postlar qurmaqda ittiham eləmişdi. RUsiya isə öz nvbəsində Gürcüstanı atəşkəsi pozmaqla yeni təxribata cəhd elədiyini bildirib, cavab olaraq hərbi güc tətbiq edəcəyini bildirmişdi.